Zarafat etmirəm, 3-cü dəfə prezident olacağam - Tramp


ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, üçüncü prezidentlik müddətinə yenidən seçilə biləcəyindən danışarkən zarafat etmir.

Turkustan.az xəbər verir ki, o, bu barədə "NBC Nyus"a deyib.

"Mən zarafat etmirəm. Bu barədə düşünmək hələ tezdir", - o bildirib.

Tramp üçüncü müddətə Amerika administrasiyasının başında qalmağın bir neçə yolunun olduğunu qeyd edib və vurğulayıb ki, belə yollardan biri vitse-prezident Vensi ən yüksək hökumət postuna seçmək, bundan sonra isə onun səlahiyyətlərini hazırki prezidentə ötürməsi ola bilər:

"Çoxları bunu etməyimi istəyir. Bununla belə, onlara deyirəm ki, qarşımızda hələ çox iş var, biz idarəetmənin ilkin mərhələsindəyik".

Qeyd edək ki, ABŞ Konstitusiyasının 1951-ci ildə qəbul edilmiş 22-ci əlavəsinə əsasən, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər. /axar.az/


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930