Suriyanın yeni hökuməti: biri qadındır - SİYAHI


Suriya keçid administrasiyasının dövlət başçısı Əhməd əş-Şara ölkədə yeni keçid hökumətinin yaradıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, yeni hökumətdə əş-Şara yaxın müttəfiqlərini vəzifəyə təyin edib.

Qərara əsasən, bir qadın nazir də kabinetə daxil edilib. Hind Kabavat sosial işlər və əmək naziri vəzifəsinə təyin olunaraq, Suriya keçid hökumətinin ilk qadın naziri olub. O, eyni zamanda xristian icmasının nümayəndəsi və uzun illərdir ki, Əsəd rejiminin müxalifidir.

Türkiyə Xarici İşlər Nazirliyi yeni hökumətin yaradılmasını məmnunluqla qarşıladıqlarını bəyan edib.

Yeni kabinetin üzvləri:

Daxili işlər naziri: Ənəs Hattab

İqtisadiyyat naziri: Nidal Şaar

Təcili yardım və fəlakətlərə hazırlıq naziri: Raed El-Salih

Sosial işlər və əmək naziri: Hind Kabavat

Ali təhsil naziri: Mervan El-Halebi

Nəqliyyat naziri: Abdel Salam Heykal

Xarici işlər naziri: Əsəd Şeybani

Müdafiə naziri: Murhaf Ebu Qasra

İnformasiya naziri: Hamza Mustafa

Mədəniyyət naziri: Məhəmməd El-Salih

Səhiyyə naziri: Musab El-Ali

Kənd təsərrüfatı naziri: Amjad Badr

Kabinetin katibi: Əli Kida (keçmiş daxili işlər naziri)

Qeyd edək ki, kənd təsərrüfatı naziri dürzilərdən, nəqliyyat naziri ələvilərdən, təhsil naziri kürdlərdən, informasiya naziri türkmənlərdəndir./modern.az


MANŞET XƏBƏRLƏRİ