Tehran Trampa cavab məktubunda Vaşinqtonla birbaşa danışıqlardan imtina edib, yalnız vasitəçilik üçün pəncərə açılıb.
Turkustan.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.
Onun sözlərinə görə, İran amerikalı həmkarının məktubuna cavabı Oman vasitəsilə göndərib: “İran vasitəçilik yolu ilə danışıqlara açıq olduğunu bəyan edib və heç vaxt danışıqlardan yayınmadığını vurğulayıb"./publika.az