Ağlı başında olan adam bu sözü deməz – Cabarov


Xəbər veridyimiz kimi, Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukraynada atəşkəs olduğu təqdirdə, Baltik regionu üçün təhlükənin kəskin artıracağını bildirib. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov həmin bəyanata cavab verib.

Turkustan.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Cabarovun sözlərinə görə, Ukraynada atəşkəsin əldə olunmasının Baltikyanı ölkələrin təhlükəsizliyinə təhdidlə bağlı bəyanat absurddur:

“Normal insanlar deyərmi ki, döyüşləri dayandırmaq təhlükəlidir? Deməli, biz daim vuruşmalıyıq? Təhlükəsiz olmaq üçün bütün Avropa daimi müharibə vəziyyətində olmalıdır? Onlar sadəcə olaraq reallıq hissini itiriblər və artıq ağıllarına gələni deyirlər ki, Ukraynada silahlı münaqişə davam etsin. Düşünürəm ki, belə bəyanatlara diqqət yetirməyə belə dəyməz”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ