Türkiyə Xarici İşlər Nazirliyi Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra Prezident Əhməd əş-Şaranın rəhbərliyi ilə formalaşan ilk kabinetlə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, bu barədə “Hürriyət” nəşri məlumat yayıb.
“Suriyada keçid hökumətinin qurulmasını alqışlayırıq. Türkiyə Suriyada təhlükəsizlik və sabitliyin yaradılmasının təməl daşlarından biri olan hərtərəfli və əhatəli siyasi prosesi dəstəkləməyə davam edəcək”, – nazirliyin bəyanatında deyilir./Globalinfo.az