Ərdoğan: “Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər”


Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər.

Turkustan.az NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrikində deyib.

O bildirib ki, rəsmi Ankara “terrorsuz Türkiyə” hədəfi istiqamətində işlərini davam etdirir: “Dövlətimiz çağırış edərək öhdəsinə düşəni yerinə yetirib. İndi növbə qarşı tərəfindir. Onlar bu çağırışa şərtsiz əməl etməlidir. Bu mövzuda qeyri-məhdud vaxta və sonsuz səbirə malik deyilik”.

Ərdoğan qeyd edib ki, terrorçular vaxt itirmədən silahı yerə qoymalıdırlar: “Regional və qlobal siyasət, həmçinin daxildə cərəyan edən hadisələr bizə bu prosesi uğurla baş vurmaq üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaradır”./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ