Qarabağ erməniləri İrəvanı qarışdırdı: əraziyə polislər girdi – VİDEO


Qarabağı könüllü tərk etmiş ermənilər Ermənistanın Azadlıq meydanında səhər saatlarından aksiyaya başlayıblar.

Turkustan.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Bu dəqiqələrdə Azadlıq meydanında böyük mitinq keçirilir. Mitinqin məqsədi isə hökumətin 2023-cü ildən bəri verdiyi yardımları dayandırmaq istəməsidir.

Sözügedən yardımın məbləği 120 ABŞ dollar həcmindədir.

İrəvanın mərkəzinə çoxlu sayda polis qüvvələri yerləşdirilib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ