Rusiya ziyafət məclisini vurdu: Çox sayda NATO zabiti öldü


Xəbər verdiyimiz kimi, 29 mart gecə saatlarında Rusiya “Geran” PUA-ları ilə Dnepr (Dnepropetrovsk) və onun ətrafındakı bir neçə hədəfə zərbələr endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, ən diqqətçəkən hücum Dnepr çayının sahilində yerləşən dəbdəbəli “Bartolomeo” mehmanxana kompleksinə olub.

Məlumata görə, çay kənarındakı kompleksdə NATO-nun hərbi məsləhətçiləri olub və cümə gecəsi onlar Ukrayna Silahlı Qüvvələri və Ukrayna Baş Kəşfiyyat İdarəsinin hərbçiləri ilə birlikdə ziyafətdə iştirak ediblər. Zərbə məhz restoran zalına dəyib.

“Ölənlərin sayı 30-dan çoxdur. Yaralıların sayı və vətəndaşlığı dəqiqləşdirilir. İlkin məlumata görə, onların arasında təxminən on xarici vətəndaş var”, - deyə yerli müqavimət hərəkatının koordinatoru Sergey Lebedev bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ