Trampdan YENİ TƏHDİD: "İranın başına çox pis şeylər gələcək"


"Biz ya danışıb müzakirə etməli olacağıq, ya da İranla çox pis şeylər olacaq. Mən bunun baş verməsini istəmirəm."

Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

ABŞ Prezidenti İranın onun diqqətlə izlədiyi məsələlər siyahısında birinci yerdə olduğunu vurğulayıb.

O, İranın Ali Rəhbəri Seyid Əli Xameneiyə yazdığı məktubun məzmununa toxunub: “Mən məktubda bildirdim ki, siz qərar verməlisiniz: Ya danışıqlar yolu ilə məsələni həll etməliyik, ya da İranın başına çox pis şeylər gələcək və mən bunun olmasını istəmirəm”.

Tramp gərginliyin sülh yolu ilə həllini istədiyini bildirib: “Ən böyük üstünlük verdiyim odur ki, bunu İranla həll edək. Amma bu baş verməsə, İran çox pis nəticələrlə üzləşəcək".


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Aprel 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930