Tramp: Beynəlxalq təhlükəsizlik üçün Qrenlandiyaya sahib olmalıyıq


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensi daşıyan təyyarə Qrenlandiyaya enərkən ABŞ prezidenti Donald Tramp da Qrenlandiya ilə bağlı açıqlamalarını təkrarlayıb.

Turkustan.az xəbər verir ki, Tramp Qrenlandiya ilə bağlı məsələnin ABŞ-ın beynəlxalq təhlükəsizliyi ilə bağlı olduğuna diqqət çəkib.

Çin və Rusiyanın Qrenlandiya üçün təhlükə yarada biləcəyinə diqqət çəkən Tramp, iki ölkənin gəmilərinin hər yerdə olduğunu bildirib. Tramp isə Qrenlandiyanın müşahidəsi üçün Danimarkaya etibar edə bilməyəcəklərini ifadə edib.

O, Qrenlandiyanın strateji əhəmiyyətini vurğulayaraq, bunun dünya sülhü ilə bağlı olduğunu deyib. O, bildirib ki, bizə Qrenlandiya lazımdır. Daha önəmlisi, beynəlxalq təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ