Dəməşqdə İsrailin hücumlarına qarşı etirazlar keçirilir


Suriyanın paytaxtı Dəməşqdə insanlar İsrailin Dəra vilayətinin Kuye kəndinə hücumlarına etiraz olaraq nümayiş keçirib.

Turkustan.az xəbər verir ki, nümayişçilər əllərində ərəb və ingilis dillərində, “Torpağımız qənimət deyil, canımız ucuz deyil”, “Bölünməyə qarşı bütün varlığımız ilə belə mübarizə aparacağıq”, “İşğalın bütün formalarına yox”, “Boykot, müqavimət göstər” sözləri yazılmış lövhələr tutublar.

Nümayişdə iştirak edən Dima Musa AA-ya açıqlamasında İsrailin son aylarda Suriyaya artan hücumlarını qınadığını bildirib.

Beynəlxalq ictimaiyyətin bu işğala qarşı təcili addım atması lazım olduğunu bildirən Musa, "Mövcud reaksiyaların adekvat olmadığı aydındır. İsrail qonşu ölkələrdə daha çox torpaq zəbt etməyə və bölgədə xaos yaymağa davam edəcək"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ