BMT-dən Putinə cavab: Ukrayna hökumətinə hörmət et!


Rusiya prezidenti Vladimir Putinin Ukraynada “müvəqqəti administrasiya” təklifindən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş “Ukraynanın qanuni hökuməti var və ona hörmət edilməlidir” deyib.

Turkustan.az xəbər verir ki, Quterreş BMT-də məsələ ilə bağlı mətbuata açıqlama verib.

Quterreş Rusiya-Ukrayna atəşkəs danışıqları ilə bağlı BMT-nin ABŞ ilə müəyyən təmaslarının olduğunu, lakin BMT-nin danışıqlara qarışmadığını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ