Rusiya və ABŞ arasında martın 24-də Ər-Riyadda baş tutan məsləhətləşmələr sakit və konstruktiv atmosferdə keçib, lakin ilk görüşdə sıçrayışlı nəticələr gözləmək sadəlövhlük idi.
Turkustan.az xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya nümayəndə heyətinin üzvlərindən biri Qriqori Karasin deyib.
Senator belə görüşlərin davam etdirilməsini təklif edib və bildirib ki, ölkə rəhbərliyi tərəfindən ekspert qrupumuz qarşısında bəzi yeni vəzifələr qoyulacaq.
Rusiya nümayəndə heyətinin üzvü qeyd edib ki, ABŞ-ın hazırkı ekspert qrupu ilə işləmək “prinsipcə mümkündür”. “Onlar bəzi mövqelərini dinləyir, dərk edir və buna qarşı çıxırlar, lakin bu, adi diplomatik işdir”.
Aytən Yaşar/ Turkustan.az