Rusiya-Ukrayna müharibəsində həyatını itirən 909 ukraynalı əsgərin cəsədinin Rusiya tərəfindən Ukraynaya qaytarıldığı bildirilib.
Turkustan.az xəbər verir ki, ukraynalı Əsirlərin Müalicə Koordinasiya Mərkəzinin Telegram hesabından edilən yazılı açıqlamada, müharibədə həyatını itirən Ukrayna əsgərlərinin cəsədlərinin geri qaytarılması ilə bağlı məlumat verilib .
Bəyanatda bildirilir ki, Rusiya 909 əsgərin cəsədini Ukraynaya çatdırıb.
Bildirilib ki, meyitlərin qaytarılmasına Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) yardım edib.
Aytən Yaşar/ Turkustan.az