"ABŞ səfirinin bu addımı QICIQ YARATDI: "Zəngəzura gələcəm"


“Tezliklə yenidən Zəngəzura gələcəm”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn deyib.

“Bu həftə mən Zəngəzurda oldum. Qubernator Robert Qukasyan və yerli rəsmilərlə görüşlər zamanı biz regionun mövcud çağırışlarını və imkanlarını müzakirə etdik. Mən Gorusda Avropa İttifaqının müşahidə missiyasının nümayəndələrinə baş çəkdim. Həmçinin Amerikanın Ermənistanda əsas investorları olan “Contour Global Hydro Cascade” və “GTB Steel” şirkətlərinə baş çəkdim. Tezliklə yenidən Zəngəzura gələcəm”, – səfir vurğulayıb.

Qeyd edək ki, ermənilərin Sünik adlandırdığı ərazi qədim Azərbaycan torpağı olan Zəngəzurdur. ABŞ səfirinin Azərbaycan torpaqlarına getməsi və oradan mesajlar verməsi heç bir məntiqə sığmır və Vaşinqton administrasiyasının ikiüzlü və məkrli siyasətindən xəbər verir. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ