Putin 5 il sonra NATO ilə müharibəyə hazır olacaq - BND


Rusiya Qərblə münasibətləri sistemli münaqişə kimi qəbul edir və NATO ilə böyük müharibəyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) hesabatında qeyd olunub.

Hesabatda deyilir ki, Kreml öz məqsədlərinə çatmaq üçün gücdən istifadə etməyə hazırdır və 30-cu ilə qədər genişmiqyaslı konvensional müharibəyə tam hazır ola bilər.

“Rusiya qoşunlarının Ukraynada olmasına baxmayaraq, Rusiya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri döyüşə hazır vəziyyətdədir. Ukraynada müharibə başa çatarsa, rus ordu bölmələri tez bir zamanda Baltikyanı ölkələrlə sərhədlərə yerləşdirilə bilər”, - hesabatda bildirilib.

Litva xüsusi xidmətindən (VSD) isə bildirilib ki, Moskva hələ bütün alyansa hücum etmək iqtidarında deyil:

“Lakin NATO-nun öz öhdəliklərinə nə dərəcədə ciddi yanaşacağını öyrənmək üçün bir və ya bir neçə üzv ölkəyə qarşı məhdud hərbi əməliyyat keçirərək NATO-nu sınaqdan keçirə bilər”. /axar.az/


MANŞET XƏBƏRLƏRİ