İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubuna hava zərbələri endirib.
Turkustan.az xəbər verir ki, təhdidlərin ardınca İsrail ordusu paytaxt Beyrutun cənubundakı Hades məhəlləsinə hava zərbələri endirib.
Paytaxta hücumlar pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib.
İsrail ordusunun təhdidlərindən sonra bölgənin sakinləri təxliyyə etməyə başlayıb.
İsrail ordusunun sözçüsü Aviçay Adraee Beyrutun cənubundakı Hades məhəlləsini hədəf alacaqlarını söylədi və sakinlərdən yerlərini "təxliyə etmələrini" istədi.
İsrail ordusu Livanın şimalına raketlər atıldığını iddia edərək, bir sıra hava zərbələri ilə cənubu hədəf alıb. İlkin məlumata görə, hücumlar nəticəsində 1 nəfər ölüb, 3-ü uşaq olmaqla 8 nəfər yaralanıb.
Livanın paytaxtı sonuncu dəfə 2024-cü il noyabrın 27-də iki ölkə arasında atəşkəs razılaşmasının qüvvəyə mindiyi vaxt bombalanıb.
Aytən Yaşar/ Turkustan.az