Ruslar Türkiyədən üz döndərir - Bunun Əkrəm İmamoğlu ilə əlaqəsi var?


Türkiyəyə səfər edən rusiyalı turistlərin statistikasında azalma müşahidə olunur. Bunun son vaxtlar Türkiyədə davam edən etiraz aksiyalarından qaynaqlandığı iddia olunur.

Turkustan.az xəbər verir ki, məsələ ilə bağlı Rusiya Tur Operatorları Birliyi açıqlama yayıb.

Açıqlamada İstanbula turizmin azalmasının İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan korrupsiya istintaqında həbs edilən Əkrəm İmamoğlu ilə bağlı olmadığı vurğulanıb.

Turizm sektorunun nümayəndələri vəziyyətin turistlərin təhlükəsizliyinə ciddi təsir göstərmədiyini və qısa müddətdə normal vəziyyətə düşəcəyini bildiriblər.

Mütəxəssislər etirazların nəqliyyatın kəsilməsindən başqa turistlər üçün heç bir təhlükə yaratmadığını, şəhərin ümumi həyatının və turizm fəaliyyətinin normal şəkildə davam etdiyini bildirirlər. Həmçinin turistlərə bələdçilərin və turoperatorların tövsiyələrinə əməl etmək tövsiyə olunur. /publika.az/


MANŞET XƏBƏRLƏRİ