Ukrayna: Ruslar gecə saatlarında “Naftoqaz” obyektlərinə hücum edib


Martın 28-nə keçən gecə ruslar “Naftoqaz” qrupunun obyektlərinə ilin əvvəlindən səkkizinci hücumunu həyata keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə Qrupun mətbuat xidməti məlumat yayıb .

"Növbəti atəş təkcə infrastrukturumuza hücum deyil, ölkənin enerji sabitliyinə xələl gətirmək cəhdidir. Mütəxəssislərimiz artıq nəticələrin aradan qaldırılması və dəymiş ziyanın qiymətləndirilməsi üzərində işləyir. Fasiləsiz qaz təchizatını təmin etmək üçün dərhal bərpa işlərinə başlanılacaq"-deyə, nazir vəzifəsini icra edən vurğulayıb.

Bu hücumun genişmiqyaslı müharibə başlayandan bəri 18-ci, 2025-ci ilin əvvəlindən isə 8-ci hücum olduğu qeyd edilir. Xəsarət alan olmasa da, qaz hasilatına ziyan dəyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ