Martın 28-də Myanmada güclü zəlzələ baş verib.
Turkustan.az xəbər verir ki, seysmoloqlar iki təkan qeydə alıblar.
Birincinin maqnitudası 7,9 (bəzi mənbələrə görə 7,7), ikinci 6,4 olub.
Zəlzələnin episentri Myanma olub, təkanlar beş qonşu ölkədə - Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss olunub.
Ən çox zərər çəkən Taylandın paytaxtı Banqkok və ölkənin əsas logistika, biznes, mədəniyyət və dini mərkəzi olan Myanma, Saqainq və Mandalay şəhərləri olub.
Saqainqdə İrravadi çayı üzərindəki körpü uçub. 19-cu əsrin ortalarında tikilmiş və eyniadlı şəhərdə yerləşən tarixi Mandalay Sarayı qismən dağılıb.
Myanmada monastır binasının uçması nəticəsində beş uşaq və bir kişi həlak olub. Mandalayda məscidin uçması nəticəsində ən azı 10 nəfər həlak olub. Banqkokda tikilməkdə olan göydələn çöküb. Bir nəfər ölüb, bir nəfər itkin düşüb, 50 nəfər yaralanıb.
Tailandın baş naziri Petonqthan Şinavatra fövqəladə iclas keçirərək fövqəladə vəziyyət elan edib. Myanmada da zəlzələdən zərər çəkmiş bölgələrdə fövqəladə vəziyyət elan edilib.
Banqkokda zəlzələ səbəbindən hündürmərtəbəli binalar boşaldılır və metronun fəaliyyəti dayandırılıb.
Taylandda birjada ticarət dayandırılıb. Bölgədəki hava limanları fəaliyyətini dayandırıb. Banqkokdakı Suvarnabhumi hava limanı hazırda normal rejimdə işləyir. /Modern.az/