Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyə ilə Rusiya arasında əməkdaşlığın regional problemlərin həllində mühüm əhəmiyyət kəsb etdiyini, Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün başladılan prosesi yaxından izlədiyini, “şərəfli və davamlı” sülhün təmin olunması üçün Türkiyənin hər cür dəstəyi, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Bundan əlavə, o, Türkiyənin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini, Suriyanın ərazi bütövlüyü əsasında davamlı sülh və sabitliyə nail olması üçün Türkiyə və Rusiyanın birgə çalışmasının vacib olduğunu, Türkiyə və Rusiyanın Suriyanın birliyini pozmağa yönəlmiş səyləri aradan qaldırmaq, etnik və məzhəb ayrı-seçkiliyinə və Suriyaya qarşı sanksiyaları tamamilə aradan qaldırmaq üçün birlikdə çalışa biləcəyini bildirib.


MANŞET XƏBƏRLƏRİ