Tramp yenə özündən çıxdı: Dərhal 8 milyonu geri qaytarın!


ABŞ prezidenti Donald Tramp “Politico” media orqanının hökumətdən aldığı iddia edilən 8 milyon dollar vəsaitin dərhal geri qaytarılmasını tələb edib.

Turkustan.az xəbər verir ki, ABŞ lideri Truth Social hesabındakı bir yazıda Hökumətin Səmərəliliyi Departamentini (DOGE) məsələ ilə bağlı tədbir görməyə çağırıb.

"Hökumətimiz tərəfindən "Radikal Sol Politico" jurnalına verilən 8 milyon dollara nə oldu? Zəngin adamlara məxsus bu pullar DOGE tərəfindən tez bir zamanda geri alınmalıdır"-deyə, o bildirib.

Tramp həmçinin ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administratoru Li Zeldinin istixana qazlarının tullantılarını azaltmaq üçün çalışan qruplar koalisiyasına nahaq yerə 2 milyard dollar verdiyinə dair iddialara toxunub və Demokratlar Partiyasının 2018-ci ildə Corciya qubernatorluğuna namizədi Steysi Abramsın da daxil olduğu ətraf mühit layihəsinə verilən maliyyənin geri qaytarılmasını tələb edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ