ABŞ prezidenti Donald Trampın qərarı ilə martın 4-dən Kanada və Meksikadan idxal olunan məhsullara 25 faizlik əlavə gömrük rüsumunun tətbiqinə başlanılıb.
Turkustan.az xəbər verir ki, Tramp daha sonra aprelin 2-dək "ABŞ-Meksika-Kanada Müqaviləsi (USMCA)" çərçivəsində olan məhsullara tarif tətbiq etməyəcəklərini açıqlayıb.
Kanadanın baş naziri Mark Karni Trampın avtomobillərlə bağlı qərarından sonra açıqlama verib. O, vergilərə qarşı mübarizə aparacaqlarını açıqlayıb və qisas alacaqlarını bildirib.
Kanadalı işçiləri və Kanadanı qorumaq üçün heç bir variantı istisna etmədiklərini ifadə edən Karni, Trampın qərarlarının Amerikalı işçilərə və istehlakçılara da təsir edəcəyini vurğulayıb.
O, bildirib ki, Kanada qarşıdakı aylarda və illərdə öz iqtisadiyyatını yenidən təsəvvür etməlidir və ABŞ ilə iqtisadi inteqrasiya və təhlükəsizlik sahəsində əməkdaşlığa əsaslanan köhnə münasibətlər artıq başa çatıb.
Nazir ABŞ ilə münasibətlərin bundan sonra əvvəlki kimi olmayacağını açıqlasa da, Fransa və Böyük Britaniya ilə münasibətlərinə diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az