İsrail cəzasını çəkmiş 30-a yaxın fələstinli məhbusu azad etdi


İsrail həbsxanalarında cəza müddəti başa çatan 30-a yaxın fələstinlinin sərbəst buraxıldığı, lakin sağlamlıqlarının pis olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, Fələstinli Əsirlər Dərnəyinin Facebook səhifəsində fələstinli məhbusların azad edilməsi ilə bağlı açıqlama verilib və onların sağlamlıq vəziyyətini əks etdirən fotolar paylaşılıb.
Cəza müddəti başa çatan 30-a yaxın fələstinlinin sərbəst buraxıldığı, bəzilərinin isə müalicə üçün xəstəxanaya aparıldığı bildirilib.

Bəzi fələstinlilərin xüsusən də Megiddo həbsxanasından azad edilənlərin qotur xəstəliyinə tutulduğu bildirilir.

Sözügedən fələstinlilər arasında 24 il həbsdə olan Səid Səlamənin də olduğu və bəzi məhbusların azadlığa çıxmazdan əvvəl son ana qədər şiddətlə döyüldüyü bildirilib.

Martın 24-də Fələstin Məhbusları Media Ofisindən verilən açıqlamada, İsrailin Gilboa və Megiddo həbsxanalarındakı fələstinli məhbuslar arasında qaşınma xəstəliyini qəsdən yaydığı və bunun nəticəsində bir çox məhbusun hətta həyatını itirdiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ