Ukraynanın bu zərbələri Rusiyaya 1 milyard dollar zərər vurub


Saratov vilayətindəki Engels aviabazasına kütləvi hücumlar Rusiyaya 960 milyon dollara başa gəlib.

Turkustan.az xəbər verir ki, bu, Forbes-in hesablamaları nəticəsində üzə çıxıb.
Belə ki, martın 20-də səhər saatlarında Ukrayna pilotsuz təyyarələri son 10 həftədə üçüncü dəfə strateji bombardmançıların yerləşdiyi Engels aviabazasına zərbələr endirib. Ukrayna Baş Qərargahının məlumatına görə, partlayışlar nəticəsində Rusiyanın Ukraynaya zərbələr endirmək üçün əsas silahlarından biri olan 96 ədəd X-101 qanadlı raketi məhv edilib.

Tu-95 və Tu-160 bombardmançıları tərəfindən buraxılan bu raketlər 900 km uçuş məsafəsinə malikdir və 450 kq ağırlığında döyüş başlıqları ilə təchiz edilib. Kiyevdəki Baş Qərargah bu sursatların Moskva tərəfindən yaxın gələcəkdə Ukrayna şəhərlərinə hücumlar üçün hazırlandığını bildirib.

Məhv edilən 96 raket Moskva yaxınlığındakı Raduqa Dizayn Bürosu zavodunda iki aylıq istehsala bərabərdir. Hər bir X-101 ən azı 10 milyon dollara başa gəlir, yəni Rusiyanın Engesə vurduğu zərbədən ümumi itkiləri, yanacaq anbarlarına və bazadakı digər obyektlərə dəyən zərərlər daxil olmaqla, 960 milyon dollara çata bilər.

Yanvarın 8-də Ukrayna pilotsuz təyyarələri 650 km-dən çox məsafə qət edərək bazanın yerləşdiyi Saratov vilayətinin ərazisinə zərbə endirib. Daha sonra partlayışlar 800 min ton yanacağın saxlandığı anbarda yanğına səbəb olub. Yanğın təxminən bir həftə davam edib və yalnız yanvarın 14-də Ukrayna pilotsuz təyyarələrinin növbəti hücumu zamanı tamamilə söndürülüb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ