Rusiya prezidenti Vladimir Putin Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə sualtı qayığını ziyarət edib.
Turkustan.az xəbər verir ki, Ukraynada əldə olunması planlaşdırılan atəşkəs və sülhlə bağlı açıqlama verən Putin, Ukraynada Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında hökumətin qurulmasını və bu hökumətin ölkədə seçkiləri təşkil etməsini təklif edib.
Putin həmçinin bildirib ki, ABŞ və Avropa da müvəqqəti hökumətin monitorinqinə dəstək verə bilər.
Rusiya lideri müvəqqəti hökumətin keçirdiyi seçkilərdən sonra hakimiyyətə gələcək əsas hökumətlə sülh danışıqları apara biləcəklərini bəyan edib.
Aytən Yaşar/ Turkustan.az