İngiltərə kralı III Çarlz xəstəxanaya yerləşdirildi


İngiltərə kralı III Çarlz xərçəng müalicəsinin müvəqqəti yan təsirləri ilə qarşılaşdıqdan sonra xəstəxanaya aparılıb.

Turkustan.az xəbər verir ki, qısa müddət ərzində müşahidə apardıqdan sonra Kral Çarlz Clarence House-a qayıdıb və onun sabahkı proqramı ləğv edilib.

"Bu səhər planlaşdırılan və davam edən xərçəng müalicəsindən sonra Kral xəstəxanada qısa müddət ərzində müşahidə tələb edən müvəqqəti yan təsirlər yaşadı. Bu səbəbdən, Əlahəzrətin günortadan sonrakı görüşləri təxirə salınıb"-deyə, Bukingem Sarayının bəyanatında deyilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ