Ukrayna “qarmaqda”dır, buna görə də danışıqlardan qaçmaq asan olmayacaq.
Turkustan.az xəbər verir ki, bunu ukraynalı siyasi analitik Natalya Qloba bildirib.
“Əsas odur ki, biz başa düşək – sadəcə danışıqlardan çıxa bilmərik. Ona görə ki, kəşfiyyat məlumatlarından çox asılıyıq. Əgər danışıqlardan çıxsaq, ikinci gün bütün bunlardan məhrum olacağıq. “Starlink” problem deyil. Amma kəşfiyyat – problemdir. Və o, nəyin bahasına olursa-olsun, həll edilməlidir”, - o deyib.
Qloba qeyd edib ki, hələlik Ukraynanın silahları var, hansı ki, onların verilməsi ilə bağlı sənədi ABŞ-ın keçmiş prezidenti Co Bayden imzalamışdı, həmçinin rabitə və kəşfiyyat məlumatları da mövcuddur:
“Amma danışıqlardan öz xeyrimizə istifadə etmək – bəli, mümkündür”. /axar.az/