İranın dəhşətli Türkiyə planı: Onlar sərhədə gətirilir, azərbaycanlılar isə…


Güney Azərbaycan türklərinin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində izdihamlı etiraz aksiyaları səngimir. Prezident Məsud Pezeşkian Urmiya gölünə gedib və gölün qurumasına qarşı tədbirlər görüldüyünü açıqlayıb. Urmiyada Tehranın idarəçiliyi ilə baş tutan “kürd separatizmi” ərəfəsində Pezeşkianın səfəri azərbaycanlılara “müsbət mesaj” kimi görünür.

Bundan başqa iddialar var ki, Urmiya hadisələrini İran dövləti təşkil edib. Məqsəd Türkiyəyə qarşı oyundur. Ekspertlər deyir ki, Tehran kürdlərə dəstək verərək Güney Azərbaycan türkləri ilə Türkiyə arasında bufer zona yaratmaq istəyir.

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Urmiyada günlərdir davam edən aksiyalar öz növbəsində fərqli versiyaların irəli sürülməsinə əsas yaradır:

“Öncə onu deyim ki, İran dövləti uzun illərdir ki, etnik azlıqlara qarşı selektiv münasibət göstərir. Soydaşlarımız İranda ana dilində təhsildən məhrumdur. Bundan başqa ana dilində danışmaları da müxtəlif vasitələr ilə əngəllənir. Buna baxmayaraq kürdlər və ermənilərə geniş səlahiyyətlər verilir. Bu da istər-istəməz etirazlara səbəb olur.

ilyas huseynov
İlyas Hüseynov

Bu gün Urmiyada Azərbaycan türkləri öz haqlarını tələb edir. Haqqı tapdanan etnik azlığın bu kimi reaksiyaları təbiidir. O ki qaldı Türkiyə məsələsinə, hesab edirəm, bu iddia realdır.

İran Güney Azərbaycanın Azərbaycandan başqa Türkiyədən ideoloji dəstək aldığını düşünür. Xüsusilə buna mədəni təsir deyilir. Ehtimal müstəqillik hərəkatının və Türkiyənin dəstəyinin qarşısını almaq üçün kürdlər sərhədə köçürülür. İran bu siyasəti əslində 10 ildən artıqdır icra edir. Lakin Güney azərbaycanlılar da buna səssiz qalmır”.


MANŞET XƏBƏRLƏRİ