İran indiki mərhələdə ABŞ-la birbaşa danışıqları rədd edib, lakin dolayı danışıqlara hazır olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, İran lideri Ayətullah Əli Xameneiyə bağlı Strateji Xarici Əlaqələr Şurasının sədri Kamal Xərrazi mövzu ilə bağlı açıqlama verərək, ölkəsinin ABŞ ilə problemlərin həlli üçün bütün qapıları bağlamadığını və bu ölkə ilə dolayı danışıqlar apara biləcəklərini bildirib.
"İran bütün qapıları bağlamayıb. Qarşı tərəfi qiymətləndirmək, öz şərtlərini irəli sürmək və müvafiq qərar qəbul etmək üçün ABŞ-la dolayı danışıqlara hazırıq"-deyə, Xərrazi bildirib.
Aytən Yaşar/ Turkustan.az