Danışıqların ikinci raundu bu tarixdə keçiriləcək: Yenə Ər-Riyadda


Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu aprelin ortalarında Ər-Riyadda keçirilə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə TASS-a danışıqların təşkili prosesi ilə tanış olan mənbə bildirib.

"Rusiya və ABŞ arasında texniki məsləhətləşmələr davam edəcək, baxmayaraq ki, danışıqların növbəti raundunun keçirilməsi ilə bağlı təşkilati məsələlər hələ müzakirə olunmayıb. Nümayəndə heyətləri aprelin ortalarında Ər-Riyadda növbəti görüş keçirə bilər"-deyə, agentliyin mənbəsi bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ