Fransanın keçmiş prezidenti Sarkoziyə 7 il həbs cəzası istənildi


Milli mətbuatda yer alan xəbərlərə görə, prokurorluq Fransanın keçmiş prezidenti Sarkozi və daha 12 nəfərə qarşı 10 ildən artıqdır davam edən istintaqın ardınca ilin əvvəlində açılan işdə 7 il həbs cəzası istəyib.

Turkustan.az xəbər verir ki, iddianamədə Sarkozi ilə mühakimə olunan keçmiş daxili işlər naziri Klod Queantın 6 il, keçmiş daxili işlər naziri Brice Hortefeux üçün 3 il, keçmiş büdcə naziri və Fransa prezidenti Emmanuel Makronun partiyasından deputat Erik Uertin isə 1 il həbs cəzası istənilib.

Sarkozi istintaq başlayandan ona qarşı irəli sürülən ittihamları rədd edib.

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin administrasiyasından qeyri-qanuni maliyyə dəstəyi almaqda ittiham olunan Sarkoziyə qarşı məhkəmə prosesi yanvar ayında başlayıb və sabiq prezidentin 10 ilə qədər həbs oluna biləcəyi bildirilib.

Bildirək ki, Sarkozi 2024-cü ilin dekabrında korrupsiya ittihamı ilə mühakimə olunduğu "telsiz dinləmə" işində bir il ev dustaqlığına məhkum edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ