Putin: ABŞ-ın Qrenlandiya ilə bağlı ciddi planları var


Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Qrenlandiyaya doğru atdığı addımların tarixi köklərə malik olduğunu ifadə edərək: "Bunun ABŞ-ın yeni administrasiyasının şişirdilmiş çıxışı olduğuna inanmaq çox yanlışdır. ABŞ-ın Qrenlandiya ilə bağlı ciddi planları var"-deyə, bildirib.

Turkustan.az xəbər verir ki, Putin Rusiyanın Murmansk şəhərində keçirilən Beynəlxalq Arktika Forumunda çıxış edib.

Şimal dəniz yolu ilə daşımaların həcminin son 10 ildə təqribən 9 dəfə artdığına diqqət çəkən Putin 2030-cu ilə qədər bu marşrutla hər il 70-100 milyon ton yük daşımalarının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Qərb ölkələrinin Rusiyaya qarşı qarşıdurmacı münasibəti səbəbindən Arktikada əməkdaşlıq imkanlarının zədələndiyini bildirən Putin: “Rusiya Arktika bölgəsində heç kimi təhdid etmir, eyni zamanda orada öz suverenliyini qorumağa hazırdır. Bu planların çoxdankı tarixi kökləri var. Aydındır ki, ABŞ Arktika bölgəsindəki geostrateji, hərbi, siyasi və iqtisadi maraqlarını sistemli şəkildə prioritetləşdirməyə davam edəcək"-deyə, əlavə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ