Zelenski ABŞ-ı ittiham etdi: Hər dəqiqə şərtləri dəyişir


Ukrayna prezidenti Vladimir Zelenski Parisdə 31 ölkənin iştirakı ilə keçirilən Ukrayna sammitindən sonra açıqlama verib.

Turkustan.az xəbər verir ki, ABŞ-Ukrayna münasibətlərinə təsir etməyə davam edən qiymətli metallar sazişini şərh edən Zelenski ABŞ-ın müqavilənin şərtlərini daim dəyişdirdiyini bildirib və Vaşinqtondan Kiyevin müqaviləyə qarşı olduğunu düşünməməsini istəyib.

Zelenski Rusiya ilə sülh danışıqlarına da toxunub.

ABŞ-ın Ukraynanın sülh danışıqlarında daha güclü mövqedə olmasını dəstəkləməsinə işarə edən Ukrayna lideri bildirib ki, ABŞ Rusiya tam atəşkəsdən imtina edərsə, ona qarşı sanksiyalar tətbiq etməlidir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ