Böyük Britaniyanın baş naziri Keir Starmer Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasının hələ vaxtının olmadığını və Fransada Ukrayna sammitində iştirak edən ölkələrin bu məsələdə razılaşdıqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Starmer bu sözləri Parisdə Fransanın ev sahibliyi etdiyi Ukrayna üzrə liderlər zirvəsindən sonra deyib.
Böyük Britaniyanın baş naziri Starmer deyib ki, Avropa liderləri sammitdə Ukraynaya dəstək üçün hərbi və əməliyyat planlarını müzakirə ediblər.
Starmer bir çox ölkənin üç ildən artıqdır olduğu kimi bu kritik anda Ukraynanın yanında olduğunu vurğulayaraq, bundan sonra da dəstəkləyəcəklərini qeyd edib.
Keir Starmer həmçinin sammitdə iştirak edən ölkələrin Rusiyaya qarşı sanksiyaların yumşalmaması mövzusunda razılaşdıqlarını və sanksiyaların aradan qaldırılmasının hələ vaxtının olmadığına dair açıq fikir ifadə etdiklərini bildirib.
Starmer Rusiyanın durmağa cəhd etdiyini və oyun oynadığının tamamilə aydın olduğuna diqqət çəkərək əlavə etdi: "Əksinə, ABŞ-ın təşəbbüsünü dəstəkləmək üçün sanksiyaları necə artıra biləcəyimizi və bu qrup ölkələrin daha çox təzyiqi ilə Rusiyanı masaya oturtmağı müzakirə etdik".
Starmer deyib ki, liderlər Ukraynanın həm indi, həm də gələcəkdə danışıqlar üçün mümkün olan ən güclü mövqedə olmasını təmin etmək üçün ona daha çox dəstək verilməli olduğu barədə razılığa gəliblər.
Aytən Yaşar/ Turkustan.az