Avropa Komissiyasının sədri Ursula von der Leyen Ukraynaya uzun və qısamüddətli maliyyə və hərbi yardım göstərilməklə yanaşı, ölkəyə təzyiqi saxlamaq üçün Rusiyaya qarşı sanksiyaların davam edəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, Von der Leyen bu bəyanatı Fransanın paytaxtı Parisdə 31 ölkənin liderlərinin Ukraynada müharibəyə son qoymaq üçün atəşkəs planı və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün bir araya gətirdiyi sammitdən sonra verib.
Zirvəni X hesabında paylaşdığı video ilə dəyərləndirən von der Leyen, 2 Martda Londonda keçirilən sammitdə qurulan Könüllülər Koalisiyasının "çox yaxşı bir toplantı keçirdiyini və bu koalisiyanın böyüyərək gücləndiyini" söylədi.
Von der Leyen qısa müddətdə Ukraynaya maliyyə və hərbi dəstəyin necə artırılmasına dair geniş müzakirələr apardıqlarını bildirib və qeyd edib ki, G7 kreditlərinin Aİ hissəsinin vaxtından əvvəl Kiyevə köçürülməsi imkanları nəzərdən keçirilir.
Sammitin digər mühüm mövzusunun Rusiyaya təzyiqin davam etdirilməsi olduğunu deyən Von der Leyen: "Sanksiyaların qüvvədə qalacağı çox açıqdır. Bizim istədiyimiz ədalətli və qalıcı sülh razılaşmasıdır, məqsədimiz budur"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az