Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin uzadılmasında Rusiyanı günahlandırıb.
Turkustan.az xəbər verir ki, Ukrayna Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, Zelenski Fransanın ev sahibliyi etdiyi Ukrayna ilə bağlı liderlər sammitində danışıb.
Müharibənin davam etməsində yeganə məsuliyyətin Rusiyanın olduğunu iddia edən Zelenski: "Onların mövqeyi sadədir: müharibəni davam etdirmək, hücumu davam etdirmək, diplomatiyanı gecikdirmək. Rusiyaya qarşı sanksiyaların indi ləğvi diplomatiya baxımından fəlakət olardı. Hücumlar və işğal davam etdikcə sanksiyalar qüvvədə qalmalıdır"-deyə, bildirib.
Rusiyanın əslində danışıqları uzatmağa çalışaraq vaxt qazanmaq istədiyini ifadə edən Zelenski, kəşfiyyatımıza görə, Rusiya Sumi, Xarkov və Zaporojya bölgələrinə yeni hücumlar etməyə hazırlaşır, deyib.
Zelenski bildirib ki, hazırda Ukraynanın müdafiə qabiliyyətini artırmaq və artilleriya mərmiləri ilə təmin etmək üçün 5 milyard avroya ehtiyacı var. O, həmçinin ölkəsinin müdafiə sənayesinə 20 milyard avro sərmayə qoyulması lazım olduğunu bildirib və bu vəsaitləri dondurulmuş Rusiya aktivlərindən ayırmağın mümkün olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az