Ermənistan parlamentinin hakim “Mülkü müqavilə” fraksiyasından xaric edilmiş deputat Ovik Ağazaryan və müxalif “Namusum var” fraksiyasından olan deputat Taron Marqaryanın toxunulmazlıqları ləğv edilib.
Turkustan.az xəbər verir ki, parlamentin hakim fraksiyası Ermənistanın Baş Prokuroru Anna Vardapetyanın vəsatətini təmin etməklə razılaşıb.
Ağazaryanla bağlı səsvermədə 67 nəfər iştirak edib, 65 deputat lehinə, 2 nəfər isə əleyhinə səs verib. Marqaryanda isə bütün deputatlar toxunulmazlığın ləğvinin lehinə səs veriblər.
Qeyd edək ki, hər iki deputatla bağlı cinayət işi açılıb. Ovik Ağazaryan rüşvətxorluqda, Taron Marqaryan isə çirkli pulların yuyulmasında ittiham olunur.
/Globalinfo.az