Rusiya: Ukrayna razılaşmaya baxmayaraq hücumu davam etdirir


Rusiya Müdafiə Nazirliyi Ukraynanın ABŞ-la əldə olunan razılaşmaya baxmayaraq enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Ukraynanın dünən axşam saatlarında və bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Bryanskda elektrik infrastrukturuna hücumlar təşkil etdiyi bildirilib.

Açıqlamada hücumlar səbəbilə elektrik kəsilməsinin yaşandığı və Krımda təbii qaz anbarına da İHA hücumu edildiyi qeyd edilib.

Bildirək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında martın 18-də keçirilən görüşdən sonra Rusiya və Ukraynanın enerji infrastrukturu obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq barədə razılığa gəldiyi açıqlanıb.

Kreml ABŞ-la əldə olunan razılaşmaya əsasən, Rusiya və Ukraynada neft emalı zavodları və enerji boru kəmərləri kimi obyektlərə hücumların dayandırılacağını açıqlamışdı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ

PrevNext
Mart 2025
B.E.Ç.A.Ç.C.A.C.Ş.B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31