Müdafiə və kosmosdan məsul Avropa komissarı Andrius Kubilius Rusiyanın 2030-cu ildən əvvəl NATO ölkəsinə hücum edə biləcəyi barədə xəbərdarlıq edib və Avropanın ABŞ-dan asılı olmayaraq müdafiə qabiliyyətini inkişaf etdirməli olduğunu vurğulayıb.
Turkustan.az xəbər verir ki, Kubilius 2030-cu ilə qədər Aİ-nin hərbi xərclərini və istehsalını artırmaq və birgə müdafiə layihələrinə resurslar ayırmaq kimi elementləri özündə əks etdirən Litvanın milli parlamenti Seymdə “Ağ Kitab” adlanan strategiyasını təqdim edib.
Kubilius kəşfiyyat hesabatlarının Rusiyanın 2030-cu ildən əvvəl “Hər hansı bir NATO ölkəsinə qarşı silahlı hücumun onların hamısına qarşı hücum hesab edildiyini” ifadə edən 5-ci maddəni sınaqdan keçirə biləcəyini göstərdiyini söylədi və Avropanın ABŞ-dan asılı olmayaraq müdafiə qabiliyyətini inkişaf etdirməsinin vacibliyinə işarə etdi.
O, ABŞ-dakı yeni administrasiyanın Hind-Sakit okean bölgəsinə, xüsusilə də Çinə daha çox diqqət yetirəcəyini və Avropanın öz müdafiəsi üçün tam məsuliyyət daşımalı olduğunu söyləyib.
Aytən Yaşar/ Turkustan.az