ABŞ prezidenti Donald Tramp bir müxbirin Litvada itkin düşən ABŞ əsgərlərinin vəziyyəti ilə bağlı ona məlumat verilib-verilməməsi ilə bağlı sualına “Xeyr, bizə məlumat verilməyib” deyə cavab verib.
Turkustan.az xəbər verir ki, digər tərəfdən, ABŞ mətbuatı itkin əsgərlərin istifadə etdiyi "M88 Hercules" zirehli maşınının "su hövzəsində" tapıldığını bildirib.
Bildirək ki, NATO-nun sözçüsü Allison Hart X hesabında Litvanın Pabrade şəhəri yaxınlığındakı ərazidə təlim zamanı itkin düşdüyü bildirilən 4 ABŞ əsgəri haqqında yazı paylaşıb.
Hart Ruttenin əsgərlərin "ölümü" ilə bağlı dünən verdiyi açıqlamaların yaratdığı qarışıqlıqdan "kədərləndiklərini" və əsgərlərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Ruttenin açıqlamasında mətbuatda çıxan xəbərlərə istinad etdiyini deyən Hart əsgərlərin axtarışlarının davam etdiyi üçün ölənlərin hələ də təsdiqlənmədiyini qeyd edib.
Aytən Yaşar/ Turkustan.az