Trampdan Çinə mesaj: Sizə güzəştə gedərəm, bir şərtlə...


ABŞ prezidenti Donald Tramp Çində yerləşən Tik-Tok proqramının ABŞ şirkətinə satışını təsdiqləmək müqabilində tarifləri azalda biləcəyi barədə Pekinə mesaj göndərib.

Turkustan.az xəbər verir ki, Tramp Oval Ofisdə gündəmlə bağlı sualları cavablandırıb.

O, qeyd edib ki, Tik-Tok-un ABŞ şirkəti tərəfindən alınması ilə bağlı razılaşma olmazsa, bu müraciət üçün son müddəti uzada bilər.

Bu sosial media platformasına "böyük maraq göstərdiklərini" ifadə edən Tramp: "TikTok almaq üçün bir çox yol var. Biz öz ölkəmiz üçün ən yaxşı yolu tapacağıq"-deyə, bildirdi.

O, Çinin Tik-Tok alışını təsdiqləməsi lazım ola biləcəyinə diqqət çəkərək:"Düşünürəm ki, edəcəklər. Bəlkə onlara tariflərdə bir az azalma və ya təsdiq etmələri üçün bir şey verərəm" dedi.

Tariflərin Tik-Tok-dan "daha dəyərli" olduğunu müdafiə edən Tramp, endirimlərin bu mövzuda atılacaq addımlara nümunə olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ