Kim Çen Rusiyaya daha 3 min əsgər göndərdi


Cənubi Koreya ordusu Şimali Koreyanın yanvar və fevral aylarında Rusiyaya daha 3 min əsgər göndərdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının məlumatına görə, Pxenyan daha əvvəl Rusiyaya 11 minə yaxın əsgər göndərib, onlardan 4 mininin isə həlak olduğu və ya yaralandığı bildirilir.

Şimali Koreyanın Rusiyaya yaxın mənzilli ballistik raketlər, 220 ədəd 170 mm-lik artilleriya sistemi və 240 mm-lik raketatarlar da daxil olmaqla, hərbi texnika tədarükünü davam etdirdiyi qeyd olunub./axar.az


MANŞET XƏBƏRLƏRİ