Ermənistan iki kürsüdə otura bilməyəcək, o, Aİİ və AB arasında seçim etməli olacaq.
Turkustan.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Qəbul olunmuş qanunun mətni ilə tanış olmuşam. O, "hər şeyə yaxşı, hər pisliyə qarşı" və ya tamamilə ümumi sözlər kimidir. Bu, Ermənistanın daxili işidir. Əslində başa düşürük ki, həm Aİİ, həm də AB-nin oxşar gündəliyi var. Buna görə də təbii ki, ölkə qərar verməli və bu seçimi etməlidir. Çünki eyni anda iki kürsüdə otura bilməzsiniz, bu, tamamilə aydındır. Görürük ki, Ermənistan Aİİ-də fəal işləməyə davam edir. Və bu gün Avrasiya inteqrasiyasına öz müsbət töhfəsini verir", - o bildirib.
Qeyd edək ki, Ermənistan parlamentinin deputatları ikinci və yekun oxunuşda respublikanın AB-yə daxil olması prosesinin başlanmasına dair qanun layihəsini qəbul ediblər./axar.az