ABŞ və Ukrayna nadir torpaq metalları üzrə genişləndirilmiş əməkdaşlıq sazişi imzalamağa hazırlaşır.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent “Fox News”a açıqlama verib.
O qeyd edib ki, sözügedən saziş gələn həftə təsdiq oluna bilər: "Biz yekun iqtisadi tərəfdaşlıq sənədini təqdim etmişik və hazırda ona Ukrayna tərəfindən baxılır. Ümid edirik ki, tam danışıqlara keçəcəyik və bəlkə gələn həftə onu imzalayacağıq".
Bessent müqavilənin ilkin olaraq dörd səhifəlik sənəd olduğunu, lakin danışıqlarda fasilə səbəbindən sənədin əhəmiyyətli dərəcədə genişləndirilə biləcəyini bildirib: "Biz vaxt fərqindən istifadə edərək müqaviləni yekunlaşdırdıq. Əminəm ki, tez hərəkətə keçib onu imzalayacağıq"./publika.az