CHP və sol qruplar Türkiyənin qarşısını kəsmək üçün düşmən mövqeyi tutur.
Turkustan.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı deyib.
"Polisə daş atan alçaqların demokratiya və hüquqla əlaqəsi yoxdur. Müxalifət ölkədə sabitliyi pozmağa çalışır. Xarici kəşfiyyat orqanlarının təsiri altında küçələrə çıxanlar və ölkənin asayişini pozanlar mütləq cavab verməlidirlər. Türkiyə oyuncaq deyil və qaranlıq oyunlara aldanmayacaq. Türkiyə Cümhuriyyətini can bahasına olsa da, müdafiə edəcəyik”, - Baxçalı bildirib./axar.az