İsrail bu gecə də Qəzzanı bombaladı: Ölənlər var


İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin şimal-qərbindəki Əs-Saftavvi bölgəsində əl-Qərəbəvi ailəsinə məxsus bir evə hava hücumu təşkil etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın verdiyi xəbərə görə hava zərbəsi nəticəsində 7 nəfər həyatını itirib.

Bildirək ki, İsrailin Qəzzaya hücumlarını bərpa etdikdən sonra 142 min insanın yenidən evlərindən didərgin düşdüyü və "evakuasiya əmrlərinin" Qəzzanın 17 faizini əhatə etdiyi qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ