Rusiyanın bu ərazisinə heç kim nəzarət etmir - Hərbi ekspert


Təxminən 13 kvadrat kilometr Belqorod vilayəti "boz zona" hesab olunur, yəni heç bir tərəfin tam nəzarəti altında deyil.

Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı, hərbi ekspert İvan Stupak Radio NV deyib.

"Biz əslində bilirik ki, Ukraynanın kiçik miqyaslı hücum əməliyyatı davam edir. Bu əməliyyatın yeganə izahı məncə, Rusiya Baş Qərargahının diqqətini Kursk istiqamətindən yayındırmaqdır. Çünki onlar orada bizim Silahlı Qüvvələrimizi sıxışdırırlar, Sum vilayətində irəliləyişləri var. Təxminən 6 kilometr dərinliyə daxil olublar. Təcili şəkildə diqqəti başqa istiqamətə yönəltmək lazım idi. Bu əməliyyat məhz buna həsr olunmuşdu. Hələ ki, məqsədinə çatır. Rusiya bu əməliyyatdan ciddi şəkildə şikayətlənir", - deyə Stupak bildirib.

O, həmçinin rus hərbi blogerlərinin açıqlamalarına istinad edərək, Belqorod vilayətinin landşaftının Ukraynanın xeyrinə olduğunu ehtimal edib.

"Orada müxtəlif aerasiya kanalları, su hövzələri var. Əgər ukraynalılar keçsələr, onları ordan çıxarmaq Kursk vilayətinə nisbətən daha çətin olacaq. Üstəlik, Belqorod vilayətində qaz kəmərləri yoxdur. Yəni boru ilə edilən o fəndi burada təkrarlamaq mümkün deyil. Baxmayaraq ki, bu məsələ çox mübahisəlidir və ziddiyyətlidir, çətin demək olar ki, bu ruslar üçün uğurlu əməliyyat idi, yoxsa tam uğursuzluq", - deyə Stupak əlavə edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ