Fransa prezidenti Emmanuel Makron Ukraynaya 2 milyard avro dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
Turkustan.az xəbər verir ki, bunu o, Parisdə prezident Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
"Bu gün mən Ukraynaya 2 milyard avro dəyərində yeni hərbi dəstək paketini elan etmək istəyirəm"-deyə, Makron bildirib.
O, əlavə edib ki, bu yardım “birbaşa Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarını ödəməlidir”.
Makronun sözlərinə görə, paketə MILAN tank əleyhinə raketləri, hava hücumundan müdafiə sistemləri, “Mirage” qırıcıları üçün MICA raketləri, “Mistral” zenit-raket kompleksləri, VAB AMX-10 RX zirehli maşınları və uzaqdan idarə olunanlar da daxil olmaqla döyüş sursatları daxildir.
Aytən Yaşar/ Turkustan.az