Ukrayna prezidenti Vladimir Zelenski Fransaya səfər edib.
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna dövlət başçısının mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Burada Zelenski Fransa lideri Emmanuel Makron ilə görüşüb. Siyasətçilər görüşəndə qucaqlaşıblar.
Bildirək ki, martın 27-də Parisdə “İstəyənlər koalisiyası”nın sammiti keçiriləcək, bu toplantıda Ukraynada gələcək kontingentin formatı və tərkibi, təhlükəsizlik təminatları müzakirə olunacaq.
Aytən Yaşar/ Turkustan.az